Yeni nəsil göz

16 May 2012 14:09 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, ABŞ-ın Stanford Universiteti mütəxəssisləri batareya və qarışıq kabel sisteminə gərək duymayan, işıqla işləyən bionik göz ixtira ediblər.

Yeni nəsil bionik göz enerji panellərilə işləyən kiçik bir cihazdır. Video kamerası da olan eynək görüntüləri "infrared" vasitəsilə bir çipə göndərir. Bu da özlüyündə görməni təmin edən elektrik siqnalları yaradır. Bionik göz hələki insanlar üzərində tətbiq olunmasa da , siçanlar üzərində əhəmiyyətli nəticələr əldə edilib.