Nazir general-mayoru vəzifədən azad etdi

2 Dekabr 2020 10:17 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.
Mövqe.az Report-a istinadən xəbər verir ki, R.Zeynalov təqaüdə göndərilib.
Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.