Şuşada ermənilərlə əlbəyaxa döyüşən şəhidimiz

2 Dekabr 2020 10:40 (UTC+04:00)

Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Mehdi Şıxəliyevdir.

Mövqe.az xəbər verir ki, Şıxəliyev Mehdi Yalçın oğlu 1996-cı il fevralın 16-da Hacıqabul rayonunda anadan olub. O, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi olub. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüşən Mehdi düşmənin xeyli tankını, zirehli maşınını, 70-dən çox canlı qüvvəsini məhv edib.

O, Şuşaya qədər döyüşə-döyüşə gəlib, ermənilərə ağır zərbələr vurub, onların kolonlarını dağıdıb.

Mehdi Şuşada əlbəyaxa döyüşlər zamanı bir neçə erməni hərbçisini məhv edib və sonda qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!