Qarabağda hərbi hissədə partlayış: 2 erməni əsgər öldü

2 Dekabr 2020 12:25 (UTC+04:00)

Qarabağda ermənilərə məxsus hərbi hissədə partlayış olub.

Mövqe.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilir ki, hadisə ötən gün silah-sursat daşınması zamanı baş verib.

Partlayış zamanı Jirayr Matevosyan və Geram Ovannisyan adlı (hər ikisi 2001-ci il doğumlu) erməni əsgərlər ölüb.