Koronavirus peyvəndi təsdiqləndi: qiyməti açıqlandı

2 Dekabr 2020 13:42 (UTC+04:00)

İngiltərənin Dərman və Sağlamlıq Məhsulları İdarəsi ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTex” şirkətləri tərəfindən hazırlanmış koronavirus peyvəndini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Bildirilib ki, gələn həftədən vaksin bütün İngiltərə ərazisində insanlara verilməyə başlanılacaq.

İlkin məlumatlara görə, peyvəndin qiyməti təxminən 15,5 avro olacaq.