Liverpool-da şok itki

2 Dekabr 2020 16:15 (UTC+04:00)

Liverpool-un futbolçusu Alisson Bekker sıradan çıxıb.

Goal.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında deyib. O, braziliyalı qapıçının Premyer Liqanın son turunun Brighton-la səfər matçında (1:1) zədələndiyini bildirib.

Alisson zədə səbəbindən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.