Ermənistan növbəti itkilərini açıqladı

2 Dekabr 2020 18:19 (UTC+04:00)

Ermənistan ordusu itkilərinin daha bir siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, bu gün yayılan siyahıda 34 hərbçinin adı əks olunub.

Bununla da Ermənistan müharibə zamanı verdiyi itkilərdən 1796-nın ad-soyadını ictimailəşdirmiş olub.

Qeyd edək ki, Ermənistan ümumi itkilərinin sayının 5000-dən çox olduğunu açıqlayıb.