Xırdalanda su kəsildi

2 Dekabr 2020 19:52 (UTC+04:00)

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

Mövqe.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, sabah günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.