Türkiyədə koronavirus əleyhinə kütləvi peyvəndin tarixi açıqlandı

3 Dekabr 2020 09:15 (UTC+04:00)

Türkiyədə əhalinin koronavirus əleyhinə peyvənd olunmasına dekabrın 11-dən başlanılacaq.

Mövqe.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Səhiyyə naziri NTV telekanalına bildirib ki, ilk növbədə səhiyyə sahəsinin əməkdaşları, həmçinin yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar. Türkiyəyə ilk koronavirus peyvəndlərinin dekabrın 11-də gətiriləcəyi gözlənilir. Peyvəndlər Çin istehsalıdır.