Müxalifət Paşinyanın yerinə onun namizədliyini irəli sürəcək

3 Dekabr 2020 10:00 (UTC+04:00)

Ermənistan müxalifəti Nikol Paşinyanın yerinə keçmiş baş nazir Vazgen Manukyanın namizədliyini irəli sürə bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Vətən Partiyasının İdarə Heyətinin üzvü Robert Arutyunyan deyib.

Qeyd edək ki, müxalifət baş nazir vəzifəsinə namizədini bu gün açıqlayacağını bildirib. Bundan öncə də namizədin Vazgen Manukyan olmasıyla bağlı fikirlər olub. Üstəlik bu namizədin Manukyan olması və onun rus elitası ilə danışıqlar apardığına dair mətbuat məlumat paylaşıb.