Mehriban Xanlarova ölkədən getmək istədiyini dedi

4 Dekabr 2020 09:28 (UTC+04:00)
"Be My Star" layihəsində qonaq olan Əməkdar Artist dırnaqlarını boyayan aparıcıya irad tutub. Bu yaxınlarda yayımlanan "Be My Star" adlı YouTube layihəsinin ilk qonağı Respublikanın Əməkdar Artisti, Akademik Milli Dram Teatrının Aparıcı Səhnə Ustası Mehriban Xanlarova olub. "Kiçik olma, tez ölmə" şüarı ilə yayımlanan, "Sənət, sənətkar və stereotiplər haqqında bir neçə söz" məzmunlu layihənin müəllifi və aparıcısı olan Orxan Bahadırsoy boyalı dırnaqlarını aktrisaya göstərərək "Bir kişinin öz dırnaqlarını boyamasına necə baxırsını?" sualı ilə verilişə başlayıb. Aktrisa aparıcının sualına verdiyi sərt cavablarla izləyənlərin diqqətini çəkib. O, aparıcının sualına "sən mənim oğlum olsaydın, mən sənin əllərini doğrayardım", "sən mənim əsgərimsən" deyərək cavab verib. Aparıcının "Hər sənətkar öz ölkəsinə xidmət etmək məcburiyyətindədirmi?" sualına Mehriban Xanlarova "Bəli" deyə, cavab verib. "Bəs imtina edib, başqa ölkəyə gedə, orada yaşayıb-yarada bilməzmi?" sualına isə özünün də haçansa bu fikrə düşdüyünü deyib. O, buna səbəb olaraq sənət mühitindəki paxıllığı əsas gətirib. Aktrisanın "Mehriban Xanlarova olmasaydı, Azərbaycan mədəniyyəti nə itirəcəkdi?" sualını cavabsız qoyması da izləyənlərin diqqətindən yayınmayıb. https://www.youtube.com/watch?v=5isfJbtSm9Q&t=328s