Milli Məclisin sədri anım günü ilə bağlı paylaşım edib

4 Dekabr 2020 13:06 (UTC+04:00)
Milli Məclisin sədri Sahibə Qafarova Vətən müharibəsində şəhid olanlarla bağlı "Facebook" hesabında paylaşım edib. Paylaşımda deyilir: "Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik". Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.