Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)

4 Dekabr 2020 17:58 (UTC+04:00)
Bu gün ölkə ərazisində saat 12.00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Gömrük Komitəsindən Mövqe.az-a verilən məlumata görə, komitənin əməkdaşları da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının ruhu qarşısında baş əyib, onların xatirəsini ehtiramla yad ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!