"Keşlə"də virusa yoluxmuş daha bir futbolçunun adı bilindi

4 Dekabr 2020 19:59 (UTC+04:00)
"Keşlə"də koronavirusa yoluxmuş daha bir futbolçunun adına aydınlıq gəlib. Goal.az-ın məlumatına görə, komandanın gənc hücumçusu Xəzər Mahmudovun testi də müsbət nəticə verib. Bununla da heyətdə infeksiya aşkarlanmış oyunçuların sayı 10-a çatıb. Bunlardan 7-si - Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko, Tural Axundov və Miyusko Boyoviç aktiv koronavirus xəstələridir. Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli isə müalicə alaraq sağalıblar.