Moskvada koronavirusdan peyvəndləmə başlayıb

5 Dekabr 2020 10:00 (UTC+04:00)

Moskvada şəhər polikliniklarının tərkibində koronavirusdan peyvəndləmə mərkəzləri fəaliyyətə başlayıb.

Mövqe.az-ın məlumatına görə, hələlik 70 mərkəz açılıb. İlin sonunadək peyvəndləmə mərkəzlərinin 170-ə çatdırılması planlaşdırılır.

Peyvənd əldə etmək üçün iki həftə əvvəldən müraciət etmək mümkündür.

Qeyd olunur ki, ilkin mərhələdə risk qrupuna daxil olan şəxslər, tədris və səhiyyə işçiləri peyvəndlənəcək.