Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir - MN

5 Dekabr 2020 16:05 (UTC+04:00)

Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər", məlumatda bildirilib.