Qarabağ səmalarında Azərbaycan bayrağı dalğalanır - Ərdoğan

5 Dekabr 2020 20:15 (UTC+04:00)

Azərbaycanlı qardaşlarımızın mücadilələri nəticəsində bu gün Qarabağ səmalarında əski parçaları deyil, Azərbaycan bayrağı dalğalanır.

Mövqe.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır.