Qarabağa qayıdan ermənilərin – Son sayı

5 Dekabr 2020 22:29 (UTC+04:00)
Sutka ərzində Ermənistandan Qarabağa 1200-dən çox erməni qayıdıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan ərazisindən Qarabağa sutka ərzində 1244 nəfər qayıdıb. Onların qayıdışı Rusiya sülhməramlıları tərəfindən müşayiət olunub”, - məlumatda qeyd olunub.
Ümumilikdə 14 noyabrdan bu vaxta qədər Qarabağa 31917 nəfərin qayıtdığı bildirilib.