Braziliyada koronavirusdan ölənlərin sayı 176 min nəfəri ötüb

6 Dekabr 2020 09:55 (UTC+04:00)
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 43 209 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 577 177 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 664 nəfər ölüb, ölənlərin ümumi sayı 176 628 nəfər təşkil edir.