İrəvanda 42 etirazçı saxlanıldı

10 Dekabr 2020 16:16 (UTC+04:00)

İrəvanda hökumət binasının qarşısında keçirilən aksiya zamanı 42 etirazçı saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlar polis əməkdaşının qanuni tələblərinə cavab verməməklə Cinayət Məcəlləsinin uyğun maddəsini pozublar.

Qeyd edək ki, dekabrın 10-da hökumət binası qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirilib. Daha sonra isə etirazçılar Azadlıq meydanına yürüş edib.