Prezidentin təyyarəsini ildirim vurub

16 May 2012 15:33 (UTC+04:00)

Movqe.Az CNN-nə istinadən bildirir ki, Fransanın yeni Prezidenti François Hollandenin Almaniyanın Baş naziri Angele Merkel ilə görüşmək üçün Berlinə getdiyi təyyarəyə ildırım düşüb.

Fransa televiziyasının bildirdiyinə görə, axşam iş yeməyində görüşmək üçün Berlinə yola düşən Hollandenin təyyarəsinə ildırım düşdüyünə görə təyyarə Villakubleyə enib.

Televiziya, Respublika başçısının başqa bir təyyarə ilə Berlinə hərəkət etdiyini və Merkel ilə görüşməsinin planlanan saatda etmək istədiyini bildirib.