Almaniyada sərt karantin tətbiq edilir

13 Dekabr 2020 09:30 (UTC+04:00)

Almaniyanın federal və regional səlahiyyətliləri ölkədə ən gec 16 dekabrdan etibarən sərt karantin tətbiq edilməsi barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə "Business Insider" onlayn nəşri Almaniya hökuməti başçısının ofis rəhbərləri ilə regionların səlahiyyətliləri arasında aparılan danışıqların nəticələrinə istinadən xəbər verib.

Portalın yazdığına görə, Angela Merkelin ofisi yeni karantinin 15 dekabrdan tətbiq olunmasına israr edir. Bu barədə son qərar bu gün federal əyalətlərin kansleri və baş nazirləri arasında videokonfrans zamanı veriləcək. Danışıqlar video konfrans şəklində aparılacaq və saat 10:00-da başlayacaq (13:00 GMT+4).

 

www.smartzone.az

Daha ətraflı

Planlaşdırıldığı kimi, beş nəfərdən çox olmamaq şərti ilə iki ailənin nümayəndələrinin fərdi evdə və ya mənzildə görüşməsinə icazə veriləcəkdir. Bu qayda 14 yaşdan kiçik uşaqlara şamil edilmir. 24-26 dekabr tarixləri arasında səlahiyyətlilər ən çox yalnız qohum omaqla 10 nəfərin görüşməsinə icazə vermək niyyətindədirlər.

Almaniyada yeni koronavirusa yoluxma hallarının sayı son 24 saat ərzində 28.438 artıb, 496 nəfər ölüb. Pandemiyanın bütün dövründə infeksiya ölkənin 1.300.516 sakinində aşkar edilib, 21.466 xəstə isə dünyasını dəyişib.