Aran rayonlarında iribuynuzlu mal-qara arasında yayılan xəstək
artıq 35 rayonu əhatə edib. Dövlət Baytarlıq Xidmətinin
mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi
məlumata görə, artıq 35 rayonda iribuynuzlu mal-qara arasında bu
xəstəliyin yayılması qeydə alınıb. Onun sözlərinə görə,
Tovuz, Qazax-Ağstafa və Qax da iribuynuzlu heyvanlar arasında
xəstəiyin yayıldığı üzə çıxıb: " Son məlumata görə, 118 min 555 baş
heyvan bu xəstəlikdən müalicə olunub".
Xatırladaq ki, Dövlət Baytarlıq Xidmətindən iki gün öncə Movqe.az-a
verilən son məlumatda xəstəliyin 31 rayonda yayıldığı
bildirilmişdi. Hazırda isə rayonların sayı 35-ə çatıb. Y. Xanvəli
Movqe.az-a açıqlamasında söyləyib ki, xəstəliyin müalicəsi üçün
rayon Baytarlıq İdarələri gücləndirilmiş iş rejimində
çalışırlar.
Qeyd edək ki, iribuynuzlu mal-qara arasında yayılan bu
xəstəlik Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət
hesabına müalicə olunan xəstəliklərin siyahısında olmadığından
müalicə xərclərini sahibkarlar özləri ödəyirlər. Kənd təssərrüfatı
naziri İsmət Abbasov yayılmış xəstəliyin dövlət hesabına
müalicəsinə vəsait ayrılması üçün hökumətə müraciət edib. Y.
Xanvəli Movqe.az-a bildirib ki, yaxın günlərdə nazirin hökumətə
müraciətinə cavab veriləcəyi gözlənilir.