Hülya Avşar prokurorluğa çağırılıb

3 Aprel 2012 20:04 (UTC+04:00)
Türkiyənin məşhur müğənnisi Hülya Avşara qarşı iddia qaldırılıb. Movqe.az xəbər verir ki, Hülya Avşar həmkarı Gülbən Ərgənlə əlaqədar ona sual verən müxbirə "gerizəkalı" ("axmaq") dediyinə görə, polis bölməsinə çağırılıb. Hadisə Kənan Erçetingözün "60 dəqiqə" verilişində baş verib. Yıldırım adlı 25 yaşlı müxbir ona 7 dəfə "gerizəkalı" deyən 49 yaşındakı H.Avşarın bu sözünə görə, prokurorluğa müraciət edib. H.Avşarla əlaqədar sənədləri yığan Yıldırım özü də polis bölməsinə gedib.

H.Avşar isə hadisəni belə izah edib: "Özlərini təkmilləşdirmədikləri üçün gerizəkalılar... Müxbirlərin bir şey bacardıqları yoxdur. Mən özümə gerizekalı deməyi yaraşdırıram. İstəmədən etmirəm. Amma etməkdən peşman deyiləm. Bir illik müxbir gəlib mənə sual verə bilməz. Mənimlə zarafat etməyəcəklər. Hədlərini biləcəklər!", - H.Avşar deyib.