Putinlə Obama küsüb

16 May 2012 15:44 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Rusyada üçüncü dəfə Prezident seçilən Vladimir Putin və Amerika Prezidenti Barak Obama qarşılaşmamaq üçün əllərindən gələni edirlər. Obama Putini Prezident seçkilərində qalib gəldiyi üçün təbrik edib və "G-8"in(Böyük səkkizlik) zirvə görüşünə dəvət edib. Putin isə Rusiyanın yeni hökümət kabinetini təşkil etməklə məşqul olduğunu və öz əvəzinə Baş nazir Medvedevi  göndərəcəyini deyib.

Obamanın Mətbuat Spikeri Jay Karney 1-8 sentyabr tarixlərinin seçki prosesi dövrünə təsadüf etdiyi üçün Prezident Obamanın Rusiyada keçirilməsi nəzərdə tutulan "APEC" zirvə görüşünə qatılmayacağını deyib.

Rusiya mediasına görə Putin Prezident seçkiləri kampaniyası dövründə  Vaşinqtonun Rusiya müxalifətini dəstəkləməsinə görə belə qərar qəbul edib.