Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı

15 Dekabr 2020 15:20 (UTC+04:00)

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Mövqe.az Oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev, eləcə də başçının digər müavini - İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vəfa Abbasova tutduqları vəzifədən azad ediliblər.

İcra hakimiyyətinin rəsmi saytında müvafiq vəzifələr üzrə hələlik təyinatın olmadığı görülür.