BDU-da mağaza açıldı

16 May 2012 15:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin həyətində orta yaşlı bir qadın özünə dükan açdı. Qeyd edək ki, bu kiçik mağaza qadının özünə məxsuzdur.

BDU-nun əsas giriş qapılarının yanında yerləşən mağazadan tələbələr artıq iki gündür ehtiyacları olanı ala bilirlər.

Lakin onuda qeyd edək ki, bu mağazada satılan şirniyyat və içkilər günəş altında saxlanılır və bu da sağlamlıq üçün olduqca zərərlidir. Qəribəsi isə BDU kimi bir universitetin, belə bir şeyə göz yummasındadır.

Türkan Nadirqızı

Movqe.Az