Türkiyə daha bir ölkə ilə viza rejimini ləğv edir

16 Dekabr 2020 16:00 (UTC+04:00)

İraqla vizaları yenidən ləğv edə bilərik.

Mövqe.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bütün terror təşkilatlarının İraqdan təmizlənməsini istəyirik. İraqın terrorla mübarizəsini dəstəkləyəcəyik.

2009-cu ildə qarşılıqlı olaraq vizaları ləğv etdik, amma İŞİD səbəbilə təhlükəsizlik problemi yaşandı. Həmin vaxt viza tətbiqini yenidən bərpa etməli olmuşduq”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, Türkiyə Azərbaycanla viza rejimini ləğv edib.