Bu avtomobillər göz qamaşdırır- FOTOLAR

16 May 2012 16:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Taylandın paytaxtı Banqkokda bu gün qapılarını ziyarətçilərə açan avtomobil sərgisində Ferrarinin modelləri maraq mərkəzinə çevrilib.

Lüks istehlakın hər gün daha da artdığı Taylandda təşkil edilən avtomobil sərgisində xüsusilə lüks avtomobil markaları qonaqlar tərəfindən sıx maraqla izlənilib.

Dünyanın ən məşhur avtomobil markalarının iştirakı ilə reallaşan sərgidə bir çox yeni model avtomobil ilk dəfə olaraq nümayiş etdirilib. Sərgidə Ferrari "458 Hörümcək" adını verdiyi yeni modelini tanıdıb.

Sərgidə ən çox izlənən markalar Ferrari, Maseratti və Bentley kimi lüks avtomobillər olub.

Son model avtomobillərin manikenlər tərəfindən tanıdıldığı sərgi avtomobil sevərlərə böyük bir vizual mərasim təqdim edib.