Keçmiş rəis koronadan vəfat etdi

17 Dekabr 2020 22:29 (UTC+04:00)

Uzun illər Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin rəisi işləyən Alim Şadıyev yeni növ koronavirus infeksiyasından vəfat edib.

Mövqe.az-ın Report-a istinadən verdiyi məlumata görə, mərhum bu vəzifədə 18 il işləyib.

A.Şadiyev əmək fəaliyyətinə Dağıstanın Mahaçqala şəhərində polis orqanlarında işləməklə başlayıb.

1990-cı ildə Quba Rayon Polis Şöbəsində inspektor, 1991-ci ildən 2009-cu ilədək Quba DYP-nin rəisi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!