Manaf Ağayevin ailəsində faciə

19 Dekabr 2020 13:33 (UTC+04:00)

Müğənni Manaf Ağayevin koronavirusa yoluxan qardaşı Zahid Ağayev ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Kult.az xəbər verir ki, hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Zahid Ağayevin həyat yoldaşı Validə Ağayeva isə koronavirusun qurbanı olub. O, ötən gecə dünyasını dəyişib.