Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

20 Dekabr 2020 21:01 (UTC+04:00)

   1991 ci ildə müstəqillik qazandığımız zamandan bəri Azərbaycan sürətlə inkişaf etməyə başlayıb. İstər siyasi, istər hərbi, istərsə də iqtisadi cəhətdən inkişaf hər il artır. Cənab prezident İlham Əliyevin ölkənin başçısı olduğu andan bu inkişaf daha da artmışdır. Bu gün Azərbaycan dünya iqtisadiyyatında öz sözünü deyən, müstəqil və güclü iqtisadiyyata sahib ölkədir. Neft və qaz sənayesində əldə etdiyimiz uğurlar bu gün bizim dünya ölkələri ilə əlaqələrimizi gücləndirməyə, eyni zamanda dünya bazarında mühüm yer tutmağımıza səbəb olmuşdur. Bundan başqa ölkəmizdə hər il İlham Əliyevin başçılığı altında islahatlar keçirilir.  Ölkəmizin bütün sahələrinin inkişafı və dünya ölkələri ilə rəqabət edə biləcək iqtisadiyyatın təmin edilməsi üçün bu çox mühümdür.
Azərbaycanın Dünya Bankı ilə əlaqələri də daha da güclənir. Bu əlaqələrin 28 illik tarixi və bundan sonra da daha güclü şəkildə davam edəcəkdir. Dünya Bankı hər zaman ölkəmizdə keçirilən islahatlara öz dəstəyini vermişdir. 
      Dünya Bankı Qrupunun mühüm nəşrlərindən olan Doing Business Hesabatında bir çox ölklərin göstəriciləri qeyd olunur. 2020-ci il üçün olan göstəricilərdə müəyyən uyğunsuzluqlar qeydə alınmışdır. Dünya Bankının press relizinde bildirilmişdir ki, ölkəmiz 191 ölkə arasından 34-cü yerdə olmuşdur. Lakin bu uyğunsuzluğun aradan qaldırılması üçün Dünya Bankı tərəfindən müstəqil araşdırılmaların aparılmasına qərar verilmişdir. Bu araşdırmalar 3 əsas istiqamətdə aparılmışdır. Bu sahələr “elektrik təchizatına şəbəkələrinə qoşulma”, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorlarıdır.
     “Elektrik təchizatına şəbəkələrinə qoşulma” indikatoru üzrə aparılan araşdırmalarda elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və agentilklər tərəfindən bütün icazələr və ərizələr ölçülür. Bu araşdırmaların nəticəsində prosedurların sayı 5 -ə azalmışdır, halbuki əvvəl bu 7 olaraq qeyd edilmişdi.
     “Müqavilələrin icrası” indikatorundan aparılan araşdırmalar zamana hüquqi sahədə olan islahatlar ölçülmüş, məhkəmə işinin idarə olunması, hakim və vəkil üçün elektron menecment sisteminin yaradılması kimi islahatları təsdiqləmişdir.
      “Sərhəddə ticarət” indikatorları üzrə araşdırmalar isə idxal və ixrac olunan məhsullar, onlara sərf olunan vaxt və xərcləri, sənədləşmə proseslerini əhatə edir.
      Araşdırılmaların nəticəsi olaraq hesabat yenilənmiş və ölkəmiz layiq olduğu yerə çatmışdır. Təbii ki, bu uyğunsuzluq yenilənərək düzəldisə də,   uyğunsuzluğa səbəb olan şəxslər Bankın Etik qaydalarına uyğun olaraq cəzalandırılacaqdır.
      Bütün bu sahələrdə aparılan araşdırmalardan sonra ölkəmiz 34-cü yerdən 28-ci yerə yüksəlmiş, nəticədə Azərbaycan “ dünyanın ən islahatçı on ölkəsindən biri” olmuşdur. Bu press relizin 16 dekabr hesabatında qeyd olunmuşdur. Eyni zamanda ölkəmiz son 4 ildir ki, ən islahatçı on ölkədən biridir.

Vəliyeva Rumiyə
Nəsimi RİH könüllüsü