İlham Əliyev Paşinyanla görüşəcək: Tarix açıqlandı...

26 Dekabr 2020 19:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşəcək.

Mövqe.az Publika.az-a istinadən xəbər verir ki, diplomatik mənbələrə istinadən yayılan məlumata görə, İlham Əliyevlə Paşinyan yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə görüşəcək.

“Görüşdə 10 noyabrda imzalanmış üçtərəfli razılaşma ilə bağlı müzakirələr keçiriləcək”, - erməni mənbələr yazır.