Dünən şəhid olan hərbçimiz bu medallarla təltif edilmişdi

28 Dekabr 2020 11:50 (UTC+04:00)

Dünən erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz döyüşdə göstərdiyi şücaətə görə 2 gün əvvəl mükafatlandırılmışdı.

Mövqe.az Hit.az-a istinadən xəbərə görə, dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi ərazisində 6 nəfərlik erməni silahlı qrupunun hücumu nəticəsində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu şəhid olub.

E.Qənbərov hadisədən iki gün öncə Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.