Zaur Kamal ARB-yə keçdi

28 Dekabr 2020 14:09 (UTC+04:00)

“Xəzər” televiziyası ilə yollarını ayıran tanınmış aparıcı Zaur Kamal fəaliyyətini ARB TV-də davam etdirəcək.

Bu barədə Kult.az-a ARB Media Qrupunun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. O bildirib ki, veriliş barədə və onun yayım saatı ilə bağlı yaxın gələcəkdə məlumat veriləcək.