Döyüş yolu 5 rayondan keçən Qazi medal veriləndə kənarda qalıb

29 Dekabr 2020 16:09 (UTC+04:00)

Son günlər Zəfər Qələbəsini bizə bəxş etmiş müsəlləf əsgərlərimiz orden və medallarla təltif olunur. Özləri və ailələri fərəh hissi ilə sevinclərini paylaşır, Ali Baş Komandana təşəklürlərini bildirirlər. Təəssüf ki, əksər sahədə olduğu kimi, işinə məsuliyyətsiz yanaşanlar ucbatından bəzi döyüşçülərimiz, qazilərimiz diqqətdən kənarda qalıb. Belələrindən biri də ilk gündən əlində silah döyüşə qatılan, Zəfər qələbəmizə 1 həftə qalmış Şuşada yaralanan Salyan rayon sakini İbrahim Hüseynovdur.

Hüseynov İbrahim Oqtay oğlu 1998-ci ildə Salyan rayonunda anadan olub. 21 sentyabr 2020-ci ildə Salyan Rayon Səfərbərlik Xidməti tərəfindən N saylı hərbi hissəyə könullu olaraq yollanıb. 7 gün təlim keçərək sentyabr ayının 27-si döyüslərə qatılıb. Cəbrayıl istiqamətində döyüşəndən sonra Fizuli istiqamətində döyuşərək Xocavənd-Hadrut istiqamətində bir cox yüksəklik əldə edilməsində iştirak edib. Şuşa istiqamətində döyüşən Qazimiz 01.11.2020-ci ildə Şuşanın Xıdırlı kəndi istiqamətində düsmən tərəfindən atılan milanyot mərmisi nəticəsində yaralanıb. Hal-hazırda sağ ayağında qəlpə var.

Döyüş yolu 5 rayondan keçən Qazimiz niyə medal veriləndə diqqətdən kənarda qalıb? Qazimizin haqqına kim girib?

İnanıram ki, cavabdeh şəxslər yaranmış bu anlaşılmazlığı aradan qaldıracaq, Ali Baş Komandanımızın müzəffər əsgərlərinin haqqını bərpa edəcəklər. Biz hamımız rahat otaqlarımız, isti iş kabinetlərimiz üçün onlara borcluyuq. Müzəffər əsgərlərimizin haqqının tapdanmasına imkan verməyək.

Elnurə Abuşova