Bred Pitə yaraşan bir hədiyyə

16 May 2012 17:10 (UTC+04:00)

Məşhur aktrisa Ancelina Coli Bred Pitə möhtəşəm bir surpriz edib. Belə ki, o, bu yaxınlarda Bred Pitin ad gününə vertolyot hədiyyə edib.Onun qiyməti isə nə az nə çox tam 1,5 milyon dollar olub.Nəzərinizə çatdıraq ki, bu cütlüyün vertolyot həvəsi yeni deyil. Bred bir müddət vertolyot kurslarına gedərək sürücülük təlimləri keçib və indi də bunun sayəsində ona verilən hədiyyədən istifadə etməyə imkanı olacaq. Artıq onun pilot lisenziyası olduğu da bildirilir. Belə düşünmək olar ki, bundan sonra Ancelina Coli və Bred Pit ənənəvi "Beynəlxalq Kann kinofestival"ına öz vertolyotları ilə gedeceklər.

E.F.N

Movqe.Az