Böyük Britaniya və Aİ "Brexit" üzrə keçid dövrünü başa vurublar

1 Yanvar 2021 09:04 (UTC+04:00)
Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə "Brexit" üzrə keçid dövrü başa çatıb. Mövqe.az-ın məlumatına görə, keçid dövrünün başa çatması ilə tərəflər arasında əməkdaşlıq və ticarət haqqında razılaşma qüvvəyə minib. "Brexit"dən sonra 11 ay davam edən keçid dövrü Bakı vaxtı ilə yanvarın 1-i saat 03:00-da başa çatıb. Beləliklə Böyük Britaniya Avropa İttifaqının vahid bazar və görmük ittifaqından çıxıb, lakin tərəflər rüsumsuz və kvotasız ticarəti davam etdirəcəklər.