Yeni ilin ilk körpəsi qızdır

1 Yanvar 2021 14:01 (UTC+04:00)
Azərbaycanda 2021-ci ilin ilk körpəsi Goranboy rayonunda doğulub. Mövqe.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi məlumat yayıb. Məlumata görə, yeni ilin ilk doğumu saat 00:01-də Goranboy RMX-də qeydə alınıb. Körpə qızdır, çəkisi 3 kq 300 qramdır.