ABŞ-ın BMT-ki diplomatının meyiti tapılıb

2 Yanvar 2021 13:30 (UTC+04:00)

ABŞ-ın BMT-dəki nümayəndəliyində işləyən 38 yaşlı diplomatının meyiti tapılıb.

Movqe.az “New York Post”a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, diplomatın meyiti Nyu-Yorkun Manhetten bölgəsində yaşadığı mənzildə aşkarlanıb.

Polis meyitdə cinayət izi aşkarlamadığından onun intihar etməsindən şübhələnir.