Gürcüstanda daha 417 nəfər koronavirusa yoluxub, 31 pasiyent ölüb

3 Yanvar 2021 11:25 (UTC+04:00)

Gürcüstanda son sutkada koronavirusa 417 yeni yoluxma faktı qeydə alınıb, 2 469 nəfər sağalıb, 31 pasiyent isə vəfat edib.

Mövqe xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 229 169 yoluxma halı təsdiqlənib. Yoluxanların 220 442-si sağalıb, 2 603-ü isə ölüb.

Karantin rejimində 386, stasionar nəzarətdə 4 209 nəfər saxlanılır. 840 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.