Rusiyada COVID-19-a yoluxanların sayı 3 236 787 nəfərə çatıb

3 Yanvar 2021 13:54 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 24 150 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Mövqe xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 236 787 nəfərə çatıb.

Son sutka ərzində 504 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 506 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.