Abşeronda sərnişin avtobusu yanıb

4 Yanvar 2021 10:20 (UTC+04:00)
Abşeron rayonunda "Daewoo" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.