Masallının Qarğalıq kəndindən olan şəhid çavuş Rafail Hüseynov

4 Yanvar 2021 17:29 (UTC+04:00)

Rafail Teymur oğlu Hüseynov 1 yanvar 2000-ci ildə  Masallı rayonunun Qarğalıq kəndində anadan olub.

2017-ci ildə Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbini bitirib.

2018-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Sonra XTQ kursuna könüllü yazılıb. 6 aylıq kursdan sonra hərbi hissədə kiçik gizir rütbəsində çalışmağa başlayıb.

Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edilib. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilib. Onlardan biri də Rafail olub.

Sentyabrın 27-də başlanan 44 günlük müharibənin 42 gününü döyüşüb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib.

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.

ƏLİHÜSEYN ŞÜKÜROV