Cəlilabadda daş sexi yanıb

5 Yanvar 2021 09:13 (UTC+04:00)

Cəlilabad rayonunda ümumi sahəsi 100 m² olan daş sexinin dam örtüyünün taxta atmaları 15 m² sahədə, içərisində rezin qəliblər 25 m² sahədə və 1 ədəd elektrik lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Tverilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;