Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi qazimizi ziyarət edib

5 Yanvar 2021 11:18 (UTC+04:00)
 4 yanvar 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ mühribəsində qəhrəmancasına döyüşərək yaralanan qazi ə Nofəl Əli oğlu Nuhuzadəni ziyarət etmişdir.
Nofəl Əli oğlu Nuhizadə 26 sentyabr 2001-ci ildə Masallı rayonunun Digah kəndində anadan olmuşdur.
2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır.
Əsgər Nofəl Əli oğlu Nuhizadə Vətən müharibəsinin başladığı ilk gündən işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılmış və qəhrəmanlıq göstərərək erməni işğalçılarına qarşı mərdliklə mübarizə aparmışdır.
Talışkəndin, Suqovuşanın  azad olunmasında fədakarlıq göstərmiş  və Füzuli rayonu uğrunda gedən doyüşdə  düşmənlə üz-üzə döyüşərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdir. 
Nofəl Əli oğlu Nuhizadə Füzuli rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iki ayağından yaralanmasına baxmayaraq mərdliklə döyüşmüş və  təhlükəli zonanı sürünə - sürunə  çıxarkən şəhid yoldaşını da  özü ilə bərabər çıxarmışdır.
Qazimiz vətən müharibəsində böyük döyüş şücaət göstərmiş və buna görədə ona Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Suqovuşanın  azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 
Qeyd edək ki, Nofəl Əli oğlu Nuhizadə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər və İdman Məktəbinin cüdo bölməsinin yetirməsidir.
Qazimizə tezliklə Allahdan şəfa diləyirik.
 ƏLİHÜSEYN ŞÜKÜROV