Müğənni Xuraman Şuşalı daha mahnı yazdırmayacaq.
Bu barədə müğənni özü məlumat verib:
"İlk növbədə Allahdan günahlarımızın bağışlanmasını
diləyirəm. Bütün günü dualarımı əsirgəmirəm. Namaza gələndən sonra
düşündüm ki, yeni mahnılar yazdırmayım. Çünki, şəriətə görə, bir
qadının səsini yad kişi eşitməməlidir. Bu, günahdır. Mən də bunu
nəzərə alıb, mahnı yazdırmağı özümə qadağan etdim. Bundan sonra
qadın məclislərində oxuyacam. Studiyada mahnı lentə aldırmayacam.
Başı örtüksüz şəkillərimi yayımlayanlara halallıq verməyəcəyimi
söyləmişdim".
İfaçı daha sonra, həyat yoldaşından söz açıb:
"Elçinlə bir-birimizi yaxşı başa düşürük. O, mənə bütün işlərimdə
dəstək olur. Nəsə lazım olanda onunla məsləhətləşirəm. Bundan əlavə
günümün çox hissəsini övladlarıma həsr edirəm". (lent.az)