Koronaya yoluxan baş redaktordan xəbər var

5 Yanvar 2021 20:29 (UTC+04:00)

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti yaxşıdır, reanimasiyadan çıxarılaraq intensiv terapiya şöbəsinə köçürülüb.

Mövqe.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb.

R.Hafizoğlunun vəziyyətindəki yaxşılaşma davam edir, təyziq və temperaturu yoxdur. Tənəffüs sistemi normaldır.