Bakıda mənzildən 35 yaşlı kişi meyiti tapılıb

6 Yanvar 2021 09:30 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Lovanov Ruslan Anatolyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.