Rusiyada koronavirusdan ölənlərin sayı 60 minə çatır

6 Yanvar 2021 12:22 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 3,3 milyonu keçib.

Mövqe.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 24 217 nəfər virusa yoluxub, 445 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 308 601 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 59 951 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 685 723 şəxs virusdan sağalıb, 562 927 nəfərin müalicəsi isə davam edir.